RU
Tayvanda 2 güclü zəlzələ baş verib
16:10
22

Tayvanda 2 güclü zəlzələ baş verib


7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Tayvanın şərq sahilindəki Hualien şəhərinin cənubunda iki zəlzələ baş verdiyini açıqlayıb. A10 kilometr dərinlikdə 6 dəqiqə fərqlə qeydə alınan zəlzələlərin maqnitudası 6,1 və 6 olaraq müəyyən edilib. İlkin məlumatlara görə, zəlzələlərdə can və ya mal itkisi qeydə alınmayıb. Aprelin 3-də Tayvanın Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Tayvan Mərkəzi Meteorologiya İdarəsi zəlzələnin maqnitudasını 7,2 olaraq açıqlayıb və bunun Tayvanda son 25 ildə baş verən ən güclü zəlzələ olduğunu bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ