7NEWS.az xəbər verir ki, Tayvanın şərqində zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) tərəfindən edilən açıqlamada, Tayvanın şərqində yerləşən Hualian şəhərinin 86 kilometr cənub-qərbində, yerli vaxtla saat 18.36-da 5,2 bal gücündə zəlzələnin yerin 17 kilometr altında baş verdiyi bildirilib. Zəlzələ Hualian şəhərində qısa müddətli çaxnaşma yaratsa da, zəlzələ nəticəsində can və mal itkisi yaşanmayıb. Digər tərəfdən, 21 sentyabr 1999-cu ildə Tayvanda baş verən 7,7 bal gücündə zəlzələdə 2500 adam həyatını itirib, 10 mindən çox insan isə yaralanıb.
7NEWS.az








