Həftə sonu Tayvanın cənubunda təsirli olan "Haikui” tayfunu səbəbindən 116 nəfər yaralanıb, 260 min ev işıqsız qalıb.
7NEWS.az xəbər verir ki, son 4 ildə Tayvana enən ilk tayfun olan "Haikui” tayfunu ölkəyə böyük ziyan vurub. Qasırğanın təsirli olduğu 2 gündə 116 nəfər xəsarət aldığı halda, xüsusilə dağlıq ərazilərdə çoxlu sürüşmə baş verib. Cənub-şərq bölgəsində leysan yağışlar səbəbindən ümumilikdə 7 min insan təxliyə edilərkən, 260 min ev işıqsız qalıb. Səlahiyyətlilər yaxın saatlarda əraziyə elektrik enerjisinin veriləcəyini açıqlayıb. Qasırğanın şiddəti ən çox cənub, şərq və daxili bölgələrdəki şəhərlərdə hiss olunsa da, bir günlük tətil elan edilib, bərə səfərləri dayandırılıb. Tayvan Mülki Aviasiya Təşkilatından verilən açıqlamada 208 daxili, 23 beynəlxalq reysin gecikdiyi qeyd edilib.
7NEWS.az








