RU
Tayvanda son 25 ilin ən güclü zəlzələsində yaralananların sayı mini keçdi
17:44
23

Tayvanda son 25 ilin ən güclü zəlzələsində yaralananların sayı mini keçdi

Bildirilir ki, 7,2 bal gücündə baş verən zəlzələ əsasən kənd və əhalinin az məskunlaşdığı Hualien bölgəsində hiss edilib və bununla da ölənlərin sayının nisbətən az qalması təmin edilib. 7NEWS.az xəbər verir ki, ötən çərşənbə günü Tayvanda baş verən son 25 ilin ən şiddətli zəlzələsindən sonra yaralananların sayı 1058-ə, ölənlərin sayı isə 9-a yüksəlib. Səlahiyyətlilər, mədən ərazisində qapalı qalan 6 nəfərin vertolyotla xilas edildiyini və milli parkdakı kurorta gedərkən magistral yolda qalan 50-yə yaxın otel işçisinin çoxunun yerləşdiyini bildirib. 7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ