Tbilisidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1991-ci il təvəllüdlü N.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü İ.M. adlı xarici ölkə vətəndaşına soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs hazırda tibb müəssisəsində müalicə olunur.
Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı cinayətin törədilməsindən qısa müddət sonra tutulub.
Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını günahı sübuta yetiriləcəyi təqdirdə, 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.








