RU
Tbilisidə etiraz aksiyası dayandırıldı
13:45
378

Tbilisidə etiraz aksiyası dayandırıldı

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

7news.Az xəbər verir ki, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

 

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb.  Etirazların təşkilatçılarından olan "Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır.

Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ