RU
Tbilisidə yaşayış binasında yanğında 2 nəfər ölüb
18:23
123

Tbilisidə yaşayış binasında yanğında 2 nəfər ölüb

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

Məlumatı Gürcüstanın Fövqəladə Hallar Xidməti yayıb.
Qurumun məlumatına görə, hadisə paytaxtın Vazisubani yaşayış məntəqəsində baş verib.

Qeyd olunub ki, yanğın baş verən əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsindən sonra mənzildən iki nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbləri indiki mərhələdə məlum deyil./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ