TBMM-də Xocalı faciəsi ilə bağlı sərgi keçiriləcək
Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil ediləcək.
Bu barədə TBMM məlumat yayıb.
Sərgidə Türkiyə parlamentinin sədri Mustafa Şəntop da iştirak edəcək.