RU
TBMM sədri helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib
18:12
114

TBMM sədri helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə TBMM sədri "Twitter”də bildirib.
"Bu gün baş vermiş helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Azərbaycan xalqının başı sağ olsun!” – Türkiyə parlamentinin sədri qeyd edib.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ