RU
TƏBİB-in əməkdaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis nəzarəti altındadır
11:10
35

TƏBİB-in əməkdaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis nəzarəti altındadır

Şirvanda keçmiş həyat yoldaşı, "Şirvan şəhər mərkəzi xəstəxanası" PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlamaqda şübhəli bilinən şəxs intihara cəhd edib.

7News.Az APA-ya istinadən xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vurmaqda şübhəli bilinən Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T.Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ