RU
TƏBİB: “Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”
19:30
187

TƏBİB: “Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”

"Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”.

7NEWS.Az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:

"Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.

Şöbə müdiri deyib ki, bu virusun yayılmış iki alt tipi var:

"Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda, digərində 6-11 faiz təşkil edir".

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ