RU
Təbii fəlakətlər nəticəsində 24 min insan ölüb
10:31
336

Təbii fəlakətlər nəticəsində 24 min insan ölüb

Ötən il dünya miqyasında təbii fəlakətlər nəticəsində 24 min insan həlak olub.

Bu rəqəm 2014-cü illə müqayisədə 3 dəfə çoxdur. Bildirilir ki, son 1 ildə insanların əksəriyyəti əsasən zəlzələ, kəskin isti və daşqınlar nəticəsində həyatını itirib.

İllər keçdikcə kəskin istilər nəticəsində ölənlərinin sayının sürətlə artması bir daha qlobal istiləşmə problemini gözlər önünə sərir. Statistikaya görə, 2015-ci ildə təbii fəlakətdən ən çox əziyyət çəkən Nepal olub. Ötən ilin aprel ayında Nepalda baş verən zəlzələ nəticəsində 9 min nəfər həyatını itirib. Ölkəyə 5 milyard dollar ziyan dəyib.

Hesablamalara görə, ötən ilki təbii fəlakətlər dünya miqyasında insanlara ümumilikdə 90 milyard dollar ziyan vurub./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ