Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.
7news.Az-ın APA-ya istinadən məlumatına görə, insident Xəqani küçəsində baş verib.
Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.
İnsident fəhlələr tuneldə işlədiyi zaman baş verib.
Tunel Təbrizin elektrik enerjisini təmin etmək məqsədi ilə 500 meqavat elektrik kabelləri ötürmək üçün qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2,5 metrdir.
7news.Az








