Təcavüz olunan gənc qızın üzərinə kerosin tökərək yandırdılar.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Hindistanda 30 oktyabr tarixində 20 yaşlı müsəlman gənc qadının Rəsulpur kəndindəki evindən zibil atmaq üçün küçəyə çıxdığı, Kumar adlı oğlan və onun dostları tərəfindən təcavüzə məruz qaldığı bildirilir. Təcavüz olunan Hatun adlı gənc qız Kumara qarşı çıxaraq bu vəziyyəti anasına izah edəcəyini söyləyib.
Bundan sonra Kumar və dostları Hatunun üstünə kerosin tökərək onu yandırıblar.
Xəstəxanada sağ qalmaq üçün mübarizə aparan gənc qız dünyasını dəyişib. Sosial mediada minlərlə insan qətlə qarşı münasibətlərini dilə gətiriblər.

7News.Az








