ABŞ və Rusiya arasında münasibətlər kritik həddə çatıb.
Avropa.info xəbər verir ki, Ağ Ev ABŞ-dan 35 rus diplomatı deportasiya etmək qərarı verdiyini açıqlayıb.
Ağ Evin rəsmi internet saytında yayımlanan açıqlamada 35 Rus diplomatın "arzuolunmaz şəxs” elan edildiyi qeyd olunub.
Vaşinqton və San-Fransiskoda olan 35 rus diplomatdan 72 saat müddətinə ölkəni tərk etmək tələb olunub. Ağ Evdən yayılan açıqlamada deportasiya edilən 35 diplomatın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyikləri bildirilib.
Bundan başqa, aralarında rus kəşfiyyat direktorunun olduğu daha 6 nəfərə də sanksiya tətbiq olunacağı qeyd edilib. Rusiyanın Maryland və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərindən kəşfiyyat məqsədi ilə istifadə etdiyi də iddialar arasındadır.
ABŞ Maliyyə nazirliyindən yayılan açıqlamada, yeni sanksiyaların Rusiyanın 6 vətəndaşını,Federal Təhlükəsizlik Xidmətini (FSB) və daha 5 qurumu əhatə etdiyi bildirilib. Sanksiya siyahısına daxil edilən rus vətəndaşları arasında Xarici Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov və 3 müavininin də adı var.
ABŞ prezidenti Barak Obama sanksiyaların ardından verdiyi açıqlamada, Rusiyaya qarşı daha çox tədbir görüləcəyini, ancaq bəzilərinin ictimaiyyətə açıqlanmayacağını deyib.
"Rusiyaya qarşı tədbirlərin vaxtını və yerini bizim seçəcəyimiz bir sıra tədbirlər görməyə davam edəcəyik, bəziləri ictimaiyyətə açıqlanmayacaq. Seçkilərə müdaxilənin qisasını Rusiyadan alacayıq” deyə Obama qeyd edib.








