RU
Təcridxanada paltarın astarında narkotik keçirməyə cəhd olunub
21:20
834

Təcridxanada paltarın astarında narkotik keçirməyə cəhd olunub

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən 7NEWS.Az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Vüqar Ağaverdi oğlu Həmzəyevə qohumu Sumqayıt şəhər sakini Teymur Şakir oğlu Məmmədov tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı orada olan idman şalvarının astar hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,411 qram narkotik maddə - tiryək aşkar edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ