RU
Təcridxanaya düyünün içində narkotik keçirməyə cəhd olunub
21:30
549

Təcridxanaya düyünün içində narkotik keçirməyə cəhd olunub

Penitensiar Xidmətin (PX) 3 saylı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-dən 7NEWS.Az-a verilən məlumata görə, qurumun əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Seymur Quliyevə qardaşı - Xızı rayon sakini Orxan Quliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisindəki düyüdə xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,007 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ