Azərbaycanda ümumilikdə 52 universitet fəaliyyət göstərir, ki, onlardan 13-ü özəldir. Beynəlxalq Universitet, Bakı Asiya Universiteti, Azərbaycan Dövlət İctimai-Siyasi Universitetilə yanaşı ötən gün daha bir təhsil ocağı fəaliyyətini dayandırıb. Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrin qış imtahan sessiyası başa çatdıqdan sonra Təfəkkür Universiteti fəaliyyətini tam dayandıracaq. İmtahan sessiyasının başa çatmasından sonra tələbələr digər universitetlərə köçürüləcək. Bu zaman isə tələbəyə köçürüldüyü universitetinin diplomu veriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu Cebhe.info-ya açıqlamasında Təfəkkür Universitetindən başqa hər hansı universitetin fəaliyyətini dayandırmaq istəməsi ilə bağlı təmsil etdiyi quruma müraciət daxil olmadığını söyləyib.
Qeyd edək ki, Təfəkkür Universitetində ümumilikdə 750 tələbə təhsil alırdı ki, onlardan 124-ü bu il qəbul olanlardır. //cebhe.info
7News.az








