RU
Tehranda səfirlik əməkdaşları TƏXLİYYƏ EDİLDİLƏR
14:29
332

Tehranda səfirlik əməkdaşları TƏXLİYYƏ EDİLDİLƏR

Tehranda 17 mərtəbəli "Plasko" ticarət mərkəzində yanğının 9-cu mərtəbədə baş verməsi bildirilir.

Bina 50 il öncə tikilib.

Hazırda binanın yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, xilasedicilər xilasetmə işləri aparırlar. Belə ki, son məlumatlara görə, uçmuş binanın altında 30-a yaxın adamın olduğu bildirilir. Binanın dağıntıları altında qalan şəxslərin hamısının yanğınsöndürənlər olduğu barədə məlumat verilib.

Tehranın baş qubernatorunun müavini Mosin Hamedaninin sözlərinə görə, yaxınlıqda yeləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirliklərində əməkdaşların təxliyəsi yanğın baş verən zaman, bina çökməmiş dərhal həyata keçirilib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ