Təhsil naziri Emin Əmrullayevin əmri ilə Göygöl rayon Təhsil Şöbəsinin rəisi Elbrus Atayev tuttuğu vəzifədən azad olunub. Bu barədə 7NEWS.az-ın yerli bürosuna Elbrus Atayev özü məlumat verib.
"İşdən çıxmağımla bağlı ərizəni özüm yazdım. Səbəb yorğunluğumdur" - deyə E.Atayev bildirib.
Məlumat üçün qeyd edək ki, Elbrus Atayev 12 il idi Göygöl rayon Təhsil Şöbəsinin rəisi vəzifəsində çalışıb.









