RU
Təhsil Nazirliyi müəllimlərə müraciət edib
20:00
233

Təhsil Nazirliyi müəllimlərə müraciət edib

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov 7NEWS.Az-a açıqlamasında belə məcburiyyətin olmadığını deyib.

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub: "Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ