RU
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması iqtisadi inkişaf tempinin artmasına xidmət edir
10:17
2954

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması iqtisadi inkişaf tempinin artmasına xidmət edir

Cənab prezidentin 20 aprel 2016-cı il tarixli fərmanı ilə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması ölkənin iqtisadi rifahı naminə insan  resurslarından daha effektli faydalanmasına şərait yaradacaqdır. Əslində peşə təhsilinə dövlət tərəfindən bu cür diqqət göstərilməsi və yatırılan sərmayə   cəmiyyət üçün yüksək gəlirliyə səbəb olacaq. Anlaşılan odur ki, digər təhsil növlərindən fərqli olaraq peşə təhsilinin sosial, iqtisadi təsir imkanları daha genişdir.

Bu fərman həmçinin cəmiyyətdə “peşə təhsillidir” stereotiplerinin sındırılmasına vəsilə oldu. Aydın görmək olarki, hər bir valideyn övladının potensialına və  bazarda  tələb –təklif göstəricilərinə varmadan övladının ali təhsil müəssisəsində təhsil almasını istəyir. Təsadüfi deyil ki , orta ümumtəhsil məktəb məzunlarının cəmi 12 faizi peşə ixtisas təhsil müəssisələrini seçir. Buna  səbəb isə bir çoxlarının peşə təhsilinə    nisbətən kinayə ilə yanaşması və bu sahədə təhsil alan gənclərə qeyri-ciddi ,yalnız  diplom xətrinə iki il davamiyyət güdən kimi yanaşmalarıdır. Amma ümid edirəm ki, Agentliyin  fəaliyyəti  tezliklə paytaxtda xüsusəndə regionlarda peşə təhsili müəssislərinin  maddi-texniki baza imkanlarının artırılmasına ,regional əmək  bazarları üçün  savadlı və intellektual kadrların formalaşmasına səbəb olacaq. Çünki  hər bir  sənət sahibi sabahın nəinki potensial əmək bazarında mütəxəssis həmdə özlüyündə işəgötürən olacaqdır.Bunun üçün isə bəlli hədəflər və spesifik modullar tətbiq olunmalıdır. Beləki regionlarda peşə təhsili  həmin bölgənin mövcud  imkanları və iqtisadi təlabatı ilə uzlaşmalıdır.

Bu işdə məsuliyyət  təkcə Təhsil Nazirliyi üzərinə deyil , həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Dövlər Məşğulluq Xidmətinin , böyük biznes qurumlarının və qeyri hökümət  təşkilatlarının payına düşür. Biznes qurumları öz istehsalat müəssisələrini  tələbələrin ixtiyarına verməli  və öz sosial məsuliyyətlərini dərk edərək biznes – dövlət partnorluğuna önəm verməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də , bu prosesdə xüsusi qayğıya ehtiyacı olan , əlilliyi olan şəxslər üçün xüsusiləşmiş peşə hazırlığı proqramları işləməlidir. Əsas  bu sahədə problemlərdən biri də  təhsil infrastrukturunun olmaması ilə yanaşı təhsilverənlərin akademik  və istehsalat təcrübələrinin uyğunsuzluğudur. Əksər hallarda  müvafiq peşə sahələri üzrə yüksək  istehsalat səriştəsinə sahib olan təhsilverənlər metodika,pedaqogika əsaslarından xəbərsizdirlər. Bu baxımdan peşə müəllimlərinin hazırlığı qismən təkminləşdirilməlidir.

Gənclər üçün Təhsil Mərkəzi olaraq  2015 –ci il yanvar ayının 13-dən  etibarən fəaliyyət göstərdiyimiz 6 regionda  “Peşə təhsili üzrə regional məsləhət və yardım xidməti” yaradılmışdır ki , bu gün bu proqram əsasında təmənnasız olaraq   Ağcabədi rayonunda  xalçaçılıq , toxuculuq  , Füzuli rayonunda isə  qadın bərbərlik,dərzi kurslarımız davam edir. Yaxın  zamanda digər regionlarda da  icra strukturları ilə əməkdaşlıq çərçivəsində peşəyönümlü tədris kurslarımıza start verəcəyik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ