RU
Təhsil nazirliyinin gözü qarşısında ağac “soyqırımı” – FOTOLAR
14:38
338

Təhsil nazirliyinin gözü qarşısında ağac “soyqırımı” – FOTOLAR

Paytaxtın Nərimanov rayonunda yerləşən Təhsil nazirliyinin qarşısında ağaclar kəsilir.

7News.Az İnterpress.az-a istinadən xəbər verir ki, ərazidə mövcud olan onlarla ağac gecə saatlarında tamamilə məhv edilib, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.

Hazırda ərazidə 2 ədəd ekskavator və bir neçə ağır tonnajlı yük maşınları çalışır.

Nazirliyə yaxın ərazidə yaşayan sakinlər deyir ki, ərazidə yaşayış binası tikmək üçün yerlərindəki ağaclar gecə saatlarında sakitcə aradan götürülüb.

"Gündüz vaxtları isə gördüyünüz hündür ağacların qol-budağını kəsirlər. Təhsil nazirliyinə bitişik ərazidə yeni yaşayış binası tikiləcək. Əvvəllər orada ağaclar olub. Bu yaxınlarda həmin ağacları gecə ilə kökündən çıxarıb aparıblar”, – deyə sakinlər bildirir.

Çəkiliş apardığımız zaman ərazidə iş aparan qurumun nümayəndələri gözümüzə dəymədi. Ancaq həmin vaxtı ərazidə çalışan yük maşınının sürücüsü ilə söhbətimiz oldu.

O bildirdi ki, ərazi iş adamı tərəfindən alındığı üçün burda olan evlər sökülüb və ağaclar kəsilir.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə verməyib.

 


 


 


http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-300x225.jpg 300w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-768x576.jpg 768w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-1024x768.jpg 1024w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-80x60.jpg 80w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-265x198.jpg 265w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-696x522.jpg 696w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-1068x801.jpg 1068w, http://antv.az/wp-content/uploads/2019/03/1552894352_54278077_587945778373147_6720320441694552064_n-560x420.jpg 560w" sizes="(max-width: 2048px) 100vw, 2048px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ