Türkiyədə polis internat məktəbinin yataqxanasından qaçan 4 azyaşlı qızı dindirib. Dindirilmə zamanı dəhşətli faktın üstü açılıb.
Polisdə ifadə verən dörd azyaşı qız polisə bildiriblər ki, internet məktəbində əxlaqsızlıq baş alıb gedir. Qızlar bildiriblər ki, istər təhsil müəssisəsində, istərsə də yataqxanada qızlar hər gün cinsi təcavüzə məruz qalırlar. Ən dəhşətlisi isə budur ki, qızları müəllimlər zorlayırlar.
Qızlardan biri bildirib ki, 12 yaşı olarkən idman müəllimi tərəfindnə zorlanıb. Digər qız isə yataqxana müdirinin müavini tərəfindən 9 yaşı olandan təcavüzə məruz qaldığını deyib. O, bildirib ki, 6 il ərzində dəfələrlə zorlanıb.
Polis səslənən ittihamarla bağlı araşdırmalara başlayıb.
7News.Az








