RU
Təhsil sistemində biabırçılıq
10:29
2671

Təhsil sistemində biabırçılıq

Artıq demək olar ki, hər birimiz uşaqlıqdan orta məktəbdə təhsil alarkən istifadə etdiyimiz dəftrələrin arxa hissəsində vurma cədvəli ilə tanış olmuşuq.

Yaddaşımızı daha da gücləndirmək, tez-tez baxıb təkrar etmək üçün bu çox gözəl bir köməklik idi.

7News.Az-ın məlumatına görə, oxucularımızdan birinin göndərdiyi fotoda vurma cədvəlində ciddi səhv buraxılıb.

Belə ki, 6x6=32 kimi yazılan cədvəl, bir çox şagirdi çaş-baş qoyub.

Qeyd edək ki, bu cür ciddi səhvlərin buraxılması, təhsil sisteminə də böyük zərbə vurur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ