RU
Təhsilə ayrılacaq məbləğ açıqlandı
21:22
838

Təhsilə ayrılacaq məbləğ açıqlandı

Azərbaycanda gələn il dövlət büdcəsindən təhsil sahəsinə ayrılacaq məbləğ bu illə müqayisədə 2,3 milyon manat və ya 0,1 faiz çox olacaq.

7news.az-ın məlumata görə, 2016-cı ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 713,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 0,1 faiz çoxdur.

2015-ci ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 711,2 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb ki, onun da 1 692,7 milyon manatının icra ediləcəyi gözlənilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ