
BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Phys.org-da yerləşdirilən press-relizdə bildirilir.
"Parmastega aelidae" adlanan bu heyvanın yaşı 372 milyon ilə çatır. Alimlər aşkar etdikləri 100-dən çox fraqmenti birləşdirərək erkən dördayaqlının (tetrapodun) tam şəkildə rekonstruksiya ediblər.

Devon dövrünün (paleozoy erasının) digər dördayaqlıları kimi, parmasteqa formasına görə timsahı xatırladıb, lakin gözləri azca qalxmış şəkildə, ağız nahiyyəsi isə "gülümsəyən" formada olub. Heyvanın adətən balıqlarda olan və hissiyyat orqanı olan yan xətləri olub. Onlar parmasteqanın alt çənəsində və üzünün yan tərəflərində yerləşib.

Alimlərin sözlərinə görə, parmasteqanın çiyin hissəsində qığırdaqlar olub. Onun onurğa və ayaqları da qığırdaqlardan ibarət olmuş ola bilər. Buna əsasən, heyvanın heç vaxt sudan çıxmadığı ehtimal edilir.

7News.Az








