Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
7News.Az-ın məlumatına görə, iclasda 90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə təkar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydaları təsdiq edilib.
Daha sonra təkrar seçkidə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası da təsdiq olunub.








