RU
“Tələbə Həftəsi” çərçivəsində YAP Gənclər Birliyində tədbir keçirildi
23:32
412

“Tələbə Həftəsi” çərçivəsində YAP Gənclər Birliyində tədbir keçirildi

10-17 noyabr 2015-ci il tarixlərində Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinində təşkil edilmişdir. Keçirilən tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Yeni Azərbaycan Partiyasının gənc üzvləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov tələbələrin ölkəmizin həyatında oynadığı xüsusi rolu  vurğulamış və tələbələrin cənab Prezidentin siyasəti ətrafında sıx birləşməli olduğunu qeyd etmişdir.  Tədbirin mahiyyətindən, “Tələbə Həftəsi”nin önəmindən danışan Seymur Orucov qeyd etmişdir ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə Həftəsi”nin xüsusi önəmi vardır.

Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da Yeni Azərbaycan Partiyasının tələbə olan gənc üzvlərini salamlayaraq, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat vermişdir. Elvin Aslanov bildirmişdir ki,  YAP Gənclər Birliyi hakim partiyanın gənclər qolu kimi hər zaman ölkəmizin ictimai-siyasi həyatında önəmli yerlərdən birini tutur. Öz çıxışında Elvin Aslanov gəncləri maraqlandıran bir neçə məqamı da vurğulamışdır: “Siz tələbələr olaraq öz fəaliyyətinizi ictimai təşkilatlarda və ya siyasi partiyalarda qurmaqdan asılı olmayaraq, məqsədiniz hər zaman Azərbaycanın işıqlı gələcəyi və inkişafı olmalıdır. Bu yolda çalışan hər bir şəxs və qurum əməkdaşlıq etməli və güclərini səfərbər etməlidir. Bizim YAP Gənclər Birliyində keçirdiyimiz tədbir də bunun göstəricisidir. Biz gənclərin ölkəmizdə keçirilən uğurlu siyasətin, daha dəqiq desək isə dövlət gənclər siyasətinin carçısı olmağını istəyirik. Çünki, məhz Siz gənclər bir çox məqamda bizi istəməyən qüvvələrə açıq mesaj verməlisiniz. Deməlisiz ki, bu ölkənin, dövlətin gələcəyi məhz Sizlərsiz. Hər hansı xarici qüvvələrin oyuncağına çevrilmiş olanlar deyil.”

Daha sonra çıxış edən gənclər də öz fikirlərini bildirmiş və suallarını vermişlər. Sonda qeyd edilən mövzu ətrafında açıq müzakirə aparılmışdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ