RU
“Tələbə Həftəsi”nə yekun vuruldu
15:25
328

“Tələbə Həftəsi”nə yekun vuruldu

Azərbaycan Tələbələr Birliyinin 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində sonuncu tədbir Bakı Slavyan Universitetində keçirildi.

 

Tədbirdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Bakı Slavyan Universitetinin rektor müşaviri Elvin Hətəmov, ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev, QHT və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə , Bakı Slavyan Universitetinin rektor müşaviri Elvin Hətəmovaçaraq tələbələrin ölkənin ictimai həyatında fəal iştirakının vacibliyindən danışdı.

Sonra Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi. Cəmiyyətin hər zaman gənclərə arxalandığını deyən E.Aslanov onları ölkədə gedən prosesləri yaxından izləməyə dəvət etdi: “Bugünün tələbələri artıq cəmiyyətimizin reallığıdır. Cəmiyyət hər zaman öz gənclərinə arxalanır, gənclərin ən aktiv hissəsi məhz tələbələrdir. Ona görə də tələbələr ölkəmizdə gedən prosesləri yaxından izləməlidirlər. Bizi istəməyən xarici qüvvələrin hücumlarına adekvat cavabı elə məhz Siz tələbələr verməlisiz. Biz bugün Beynəlxalq Tələbələr Gününü qeyd edirik. Məhz bu məqsədlə biz bugün dünya ictimaiyyətinə, tələbə hərəkatına müraciət ünvanlayacağıq. Siz bu müraciətin Avropada və dünyada təhsil alan hər bir tələbəyə çatdırılmasında yardımçı olmalısınız. Siz çalışmalısız ki, biz Azərbaycan tələbələri olaraq öz həqiqətlərimizi, öz sülhsevər mövqemizi dünya ictimaiyyətinə çatdıraq. Bu yolda hər birimizə uğurlar”

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf isə çıxışında gənclərimizin inteqrasiyası prosesində yaxından iştirak etməli olduqlarını, müxtəlif innovativ fikirlərlə çıxış etməli olduqlarını qeyd etdi: Avropanın bir hissəsi olan Azərbaycanın əsas qüvvəsi tələbələrdirsə, məhz bu inteqrasiyanı da tələbələr aparmalıdırlar. Bugün Sizlər hər biriniz facebook və twitter sosial şəbəkələrində aktiv olmalısınız. Siz ölkənin gələcək kadrlarısınız. Bu mənada hər biriniz indidən ictimai fəallıq nümayiş etdirməlidiniz”

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək tələbələrin bugünki uğurlarının arxasında dövlət gənclər siyasətinin dayandığını və bu siyasətin əsas hədəfinin gənclərə, daha dəqiq desək tələbələrə daha yaxşı təhsil və sosial şəraitin yaradılmasının olduğunu qeyd etdi: “Azərbaycan nəinki regionda, hətta MDB dövlətləri arasında ən öndə gedən ölkələrdəndir. Cənab Prezident G20 sammitində xatirə lövhəsinə öz imzasını atmaqla adımızı tarixə yazdı. Bu həm də bizim imzamızdır. Ölkəmizin hərtərəfli inkişafını həzm edə bilməyən qüvvələr artıq ciddi şəkildə informasiya müharibəsinə başlayıblar. Bu mübarizədə ön sırada Sizlər olmalısınız. Siz öz təhsilinizlə, öz innovativ biliklərinizin təkmilləşdirilməsi ilə dövlətimizə xidmət etməlisiniz”

Tədbirin sonunda tələbələrə maraqlı olan suallar ətrafında müzakirələr aparıldı.

7News.az

????????????????????????????????????????????????????????????????????????

 

 

 

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ