RU
Tələbə qız foto çəkmək istədiyi qüllədən yıxılıb öldü
15:10
316

Tələbə qız foto çəkmək istədiyi qüllədən yıxılıb öldü

22 yaşındakı universitet tələbəsi fotoşəkil çəkmək üçün çıxdığı saat qülləsindən yıxılaraq həyatını itirib.

Hadisə dünən ABŞ-ın New York şəhərində Fordham Universitetində yaşanıb. Jurnalistika fakültəsinin tələbəsi olan 22 yaşlı Sydney Monfries fotoşəkil çəkmək üçün bir qrup yoldaşı ilə birlikdə çıxdığı "Keating Hall” saat qülləsindən yıxılıb. Monfries qüllənin içindəki spiral formalı pilləkənlərdən təxminən 12 metr aşağı yuvarlanaraq aşağı qatdakı nərdivanların üzərinə düşüb. Gənc qızın yoldaşları dərhal təcili tibbi yardım çağırıblar.

Tibb işçiləri ağır yaralanan gənc qızı qüllənin pəncərəsindən bayıra çətinliklə çıxarıblar. Həkimlər təcili yardım maşını ilə Barnabas xəstəxanasına çatdırılan Sydney Monfriesin həyatını qurtarmaq üçün göstərdikləri bütün cəhdlərə baxmayaraq tələbəni hətata qaytara bilməyiblər.  22 yaşlı tələbə dünyasını dəyişib.

Universitet rəhbərliyi girişi qadağan edilmiş qalaya tələbələrin necə daxil olduqlarını araşdırır.

 

 7News.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ