RU
Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi - RƏSMİ
15:31
103

Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi - RƏSMİ

Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb. 

Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

 

AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova Oxu.Az-a bildirib ki, üç tələbənin COVID-19 testi pozitiv çıxıb:

"Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ