Braziliyada bir qrup tələbə prezidentin ofisini işğal edib.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, San-Paulo şəhərindəki tələbələr eks-prezident Dilma Russeffin yerinə gələn Mişel Temerin baş ofisini zəbt ediblər. Dövlət xərclərini tənzimləyən qanuna etiraz etmək məqsədi ilə toplaşan gənclərə bəzi millət vəkilləri də dəstək veriblər. Məlumata görə, polis binanı əhatəyə aldıqdan sonra bir qrup vəkil və Fəhlə Partiyasının iki deputatı tələbələrə dəstək olmağa gəlib.








