RU
Tələbələrə hədə-qorxu gələn dekan müavini haqda AÇIQLAMA:
12:54
747

Tələbələrə hədə-qorxu gələn dekan müavini haqda AÇIQLAMA: "Tələbi bir az sərt alınıb"

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli universitetin dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısına münasibət bildirib.

7News.az bildirir ki, C.Məmmədli deyib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb:

"Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər. Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb".

C.Məmmədli bildirib ki, Aytəkin Zeynalovanın tələbi sadəcə sərt alınıb:

"Dekan müavininin tələbi bir az sərt alınıb. Əks halda, nizam-intizam qaydalarındakı təlimata əsasən, müvafiq ölçü götürüləcəyini bildirib. Hər bir tələbə bu qaydalara riayət etməlidir".

BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajların səs yazısı yayılıb.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ