RU
Tələbələrə ŞANS: Köçürülmə müraciətləri başladı
12:20
38

Tələbələrə ŞANS: Köçürülmə müraciətləri başladı


2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.
 
 Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
 
 
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ