RU
Telefon borcu qonşular arasına qan saldı
13:57
462

Telefon borcu qonşular arasına qan saldı

Şəmkirdə bir gündə iki bıçaqlanma faktı qeydə alınıb.

Hadisələrdən biri rayonun Keçili kəndində baş verib. Kənd sakini, 29 yaşlı Xəyal Əliyev qonşusu, 25 yaşlı Vüqar Orucov tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirdiyindən vəziyyəti ağır olub və dərhal əməliyyat edilib. Zərərçəkənin vəziyyəti ağır olaraq qalır.

İlkin məlumata görə, bıçaqlanmaya tərəflərin telefon borcu üstündə mübahisəsi səbəb olub. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədən Vüqar Orucov saxlanılıb./day

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ