İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda beşbarmağın təsviri görünüb.
7News.Az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə vətəndaşın çantasındakı telefon qutusunun içindən 1 ədəd metaldan hazırlanmış beşbarmaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.








