RU
Telefon zəngi qonşuları düşmən etdi
00:05
922

Telefon zəngi qonşuları düşmən etdi

7news.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib. Kənd sakini Mövlan Məmmədov qonşusu Elnur Xəlilovu bıçaqla ölümcül yaralayıb. Səbəb isə Elnur Xəlilovun qonşusunun həyat yoldaşı ilə vaxtaşırı zəngləşməsi olub.

Şəmkir rayonunun Qapanlı kənd sakini 22 yaşlı Elnur Xəlilov noyabr ayının 9-u axşam saatlarında üzərində bıçaq yaraları olan xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər dərhal əməliyyat otağına götürülən yaralının üzərində 4 bıçaq zərbəsi aşkarlayıb. Görülən təcili və təxirə salınmaz tibbi yardımdan sonra Elnur Xəlilov həyatı təhlükədən xilas olub. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nurlan Qurbanov həkim "Döş qəfəsinin arxa səthinin 3 ədəd kəsilmiş-deşilmiş yarası və üzünün sağ yarısının kəsilmiş yarası diaqnozu ilə daxil olub. Təftiş zamanı məlum oldu ki, zərbələrdən biri yara kanalından daxilə nüfuz edir. Odur ki, xəstə təcili olaraq əməliyyata götürüldü. Hazırda vəziyyəti keçdirdiyi əməliyyata uyğundur".

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçidrikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlilovu bıçaqlamaqda şübhəli bilinən qonşusu 28 yaşlı Mövlan Məmmədov saxlanılıb. Şöbədə dindirilən Məmmədov cinayəti törətdiyini etiraf edib. O, bildirib ki, Elnur Xəlilovu həyat yoldaşı ilə vaxtaşırı zəngləşdiyi üçün bıçaqlayıb.

Mövlan Məmmədov saxlanılan şəxs "Yoldaşımın telefonunu yoxladım. Onun nömrəsi çıxdı. Bundan sonra mübahisəmiz yarandı. Onlar bizim evə hucuma gəlmişdi. Əvvəlcə atası və anası, sonra isə özü gəldi. O, mənim anamı vurdu. Mən də cibimdən bıçağı çıxarıb onu vurdum".

İki uşaq atası olan Məmmədov əməlindən peşman olmadığını bildirib. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

7news.az

Məqaləyə dair fotomateriallar:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ