
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
Belə ki, telefonunu şarja qoyub yuxuya gedən yeniyetmə gecə gürəyində yanıq ağrısıyla oyanıb. Yerdə ayılan və yanıq iyi hiss edən Kolton yorğan-döşəyinin yandığını görüb. O partlayış nəticəsində yerə yıxıldığını anlayıb.
Yaxınlıqda olan su butulkasiyla yanğını söndürdükdən sonra hələ də yanmaqda olan şarj cihazını unitaza atıb.

Daha sonra o, valideynlərini oyadaraq baş verənləri danışıb.

Səhər açılan kimi oğlan xəstəxanaya müraciət edib. Xırda metal hissəciklər onun belini və qolunu yandırıb və bütün otağa səpələnib. Pinqrinin ikinci dərəcəli yanıq xəsarətləri alıb.

Oğlan telefonu internetdən aldığı işlənmiş cihazla şarj etdiyini bildirib.

"Smartfonlarınızla yatmayın, çünki bu hadisə hər kəsin başına gələ bilər. Mən özüm də belə bir şeyə hazır deyildim", - deyə Kolton hər kəsə məsləhətini verib.

Onun anası Şeri də sosial şəbəkədə bununla bağlı payıaşım edərək valideynləri daha diqqətli olmağa çağırıb.

Xatırladaq ki, oxşar hadisələr daha öncə də dəfələrlə baş verib. Məsələn, İngiltərənin Staffordşir qraflığında 11 yaşlı uşaq şarj cihazına qoşulmuş planşetlə yuxuya gedib. Planşetin batareyası qızaraq yataq dəstini və döşəkləri dəmirinə kimi yandırıb.







7News.Az








