Bakı şəhər sakini İ.Həsənov polisə müraciət axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3 nəfərin bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu aldıqlarını, geri qaytarılması müqabilində 100 manat pul tələb etdiklərini, pulu verə bilmədiyindən isə telefonu götürərək aradan çıxdıqlarını bildirib.
7news.Az DİN-ə istinadən verdiyi xəbərə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxslər -Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
7news.Az








