RU
Televiziya ulduzu şoka düşdü:
16:59
475

Televiziya ulduzu şoka düşdü: "Ey, dayan, sən nə edirsən?!" - VİDEO - FOTO

BBC-dəki "Apprentice" realiti-şousunun qalibi Mişel Dyuberrinin Twitter-dəki akkauntunda paylaşdığı video çox böyük qalmaqala səbəb olub.

Video Londonun cənubunda, Lambet bələdiyyəsində çəkilib.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, videoda bələdiyyənin təmizlik xidmətinin əməkdaşı var. O, binalardan birinin küncündəki qara polielitel kisəni götürür.

Bunu görən Düberri qışqırır: "Ey, dayan, sən nə edirsən?! Götürməyin o kisəni! Orada evsiz adamın döşəyi var! Bu soyuqda, yağışda zavallı insan harada yatsın?! Götürməyin!"

 

Lakin bələdiyyə əməkdaşı qışqırıqlara məhəl qoymayaraq kisəni götürüb maşına atıb.

Lambet bələdiyyəsi böyük rezonans doğurmuş videodakı olayı araşdırmağa başlayıb.

7News.Az

Televiziya ulduzu şoka düşdü:

Televiziya ulduzu şoka düşdü:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ