RU
Təlim zamanı qəza: 2 israil hərbiçisi öldü
15:40
356

Təlim zamanı qəza: 2 israil hərbiçisi öldü

İsrail hərbçiləri Hollan təpələrində hərbi təlim keçirən zaman zirehli texnikanın qəzaya uğraması nəticəsində iki hərbçi ölüb, 2-sinin vəziyyəti ağır olmaqla 4 əsgər yaralanıb.

Bu haqda TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, ölən zabit və əsgər 411-ci taburda xidmət edirmiş.
Məlumata görə, hadisənin araşdırılması ilə bağlı komissiya yaradılıb. İsrail Müdafiə Ordusunun quru qoşunları komandanı general-mayor Kobi Barak komissiyaya briqada generalı Mordehaem Kahanı sədr təyin edib. Hərbi təlim növbəti həftəyədək dayandırılıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ