RU
Təmir işləri zamanı dam örtüyündən yıxılan kişi ölüb
23:00
1150

Təmir işləri zamanı dam örtüyündən yıxılan kişi ölüb

Zaqatalada 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün saat 16 radələrində rayonun Göyəm kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Abid Şaban oğlu Əhmədov qohumlarına məxsus fərdi yaşayış evinin dam örtüyündə təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq A. Əhmədov xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ