RU
Təmir sexində təkər partladı, usta öldü
12:20
166

Təmir sexində təkər partladı, usta öldü

Gəncədə 41 yaşlı usta bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə şəhər ərazisində yerləşən təkər təmiri sexlərindən birində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ