RU
Ötən ay 48 aptekdə yoxlama keçirilib, 19-da nöqsanlar aşkarlanıb
14:10
39

Ötən ay 48 aptekdə yoxlama keçirilib, 19-da nöqsanlar aşkarlanıb

Bu ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, biri isə yoxlamadan kənar təftiş xarakterli olub.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ