RU
Ötən ay aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb
20:50
522

Ötən ay aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb

Сari ilin yanvar ayı ərzində aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından 7NEWS.Az-a bildiirlib ki, aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin 265 kq 299,28 qr-nı heroin, 204 kq 953,323 qr-nı marixuana, 76 kq 032,52 qr-nı tiryək, 4 kq 993,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 60 kq 064,847 qr-nı psixotrop maddələr, 3 kq 400,337 qr-nı isə digər narkotik vasitələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ