RU
Ötən ay dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb
22:10
1145

Ötən ay dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb

Bir ay ərzində polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin miqdarı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, bu ilin avqust ayının 1-dən 1 sentyabr tarixinə qədər 7 kq tiryək, 180 kq marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.

Sözügedən müddət ərzində aşkar edilərək götürülən narkotik vasitə "patı"nın miqdarı isə 21 kq olub.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ