RU
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub
13:40
28

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub

Bu ilin mart ayında Azərbaycanda ən çox meyvə və tərəvəz bahalaşıb, yumurta isə ucuzlaşıb.

"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayında əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb.

Bununla yanaşı, balıq və balıq məhsulları 1,5%, süd və süd məhsulları 0,6%, çörək, çörək məmulatları və yarmalar 0,7% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsullarının qiyməti 0,2%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər, çay, qəhvə və kakao, həmçinin mineral sular və şirələr üzrə qiymətlər 0,3% artıb. Alkoqollu içkilər isə 0,5% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, mart ayında yumurtanın qiyməti fevral ayı ilə müqayisədə 2,9% azalıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

Qeyd edək ki, cari ilin mart ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,5% təşkil edib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ