RU
Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olub, 4-ü ölüb
11:50
24

Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olub, 4-ü ölüb

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib, 4-ü ölüb.
 
Bu barədə KTM-dən məlumat verilib. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 56 nəfər dərmandan, 31-i sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfər allergik reaksiya, 4 nəfər ilan sancması, 1 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib. Zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) vəfat edib. Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ