RU
Ötən gün 9000 nəfərdə koronavirus aşkarlandı, çimərliklər və barlar bağlandı - FOTO
13:30
712

Ötən gün 9000 nəfərdə koronavirus aşkarlandı, çimərliklər və barlar bağlandı - FOTO

  
Koronavirusa yoluxanların sayının artması ilə əlaqədar olaraq bu ölkədə də barlarda içki içkmək və çimərliklərə gəlmək qadağan edilib.

7News.Az Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında çimərliklərə giriş qadağan edilib və barlar bağlanıb. Mayami çimərlikləri hətta, 4 iyul ABŞ-ın müstəqillik günündə də bağlı qalacaq.

Miami Herald yazır ki, ötən gün sadəcə Florida ştatında 9 minə yaxın insanda koronavirus aşkarlanıb.

Ümumilikdə isə ABŞ koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayına görə siyahıda birinci yerdədir. Burada 2 milyon yarımdan çox insan Covid-19-a yoluxub, 127 min insan bu səbəbdən dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ